​Gəldi, alçaltdı və getdi... - İLGİNC KOLLAJ

Baxış sayı: 
164

 
 
Moderator.az Misirin ƏL-Mesriyon nəşrinin yazarı Camal Sultanın Putinin Bəşər Əsədi necə aşağıladığı haqqında maraqlı yazısını təqdim edir.
 
“ Beynəlxalq agentliklərin, sosial şəbəkələrin, xəbər saytlarının müzakirə etdiyi dünənki günün hadisəsi, Suriya prezidenti Bəşər Əsədin Aralıq dənizi sahilindəki Latakiyada, Himeymim aeroportunda alçaldılması oldu. Əvvəllər də Suriya prezidenti çox alçaldılıb, baxmayaraq ki, öz xalqına yuxarıdan aşağı baxıb, onun azadlığa, ədalətə və hörmətə çağırışlarına cavab verməkdən imtina edib. O həm də hakimiyyətin sülh yolu ilə dəyişməsindən imtina etdi və əvəzində suriyalıların üstünə tankları göndərdi, bununla da cəhənnəmin qapılarını açdı və Suriyanı dünyanın hər yerindən olan goreşənlərin məskunlaşdığı kolluğa döndərdi, istər adı ordu olsun, istər xalq döyüşçüsü, istər də banda.
 
 
 
Putin Suriyaya gəlməyə qərar verəndə onun təyyarəsi paytaxt Dəməşqə deyil, Aralıq dənizi sahilindəki Rusiya hərbi bazasına endi, amma paytaxta da uça bilərdi. Sonra da o Bəşər Əsədi Dəməşqdən çağırdı ki, təyyarə enəndə gəlib onu qarşılasın. Əsədin Latakiyada prezident iqamətgahı var, amma Putin ora getmədi, hərbi bazada görüşlə kifayətləndi. Rusiya təyyarəsi enəndə Bəşər Əsəd özünü bu ərazinin müstəqil, həqiqi dövlət başçısı kimi apara bilmədi.
 
 Putin əvvəlcə Rusiya ordusunun böyük zabitini salamlayıb, onunla danışdı və yalnız bundan sonra  sanki yenidən anasının əllərindən tutan körpə kimi Əsədin əlini sıxdı. Putin öz hərbi komandirləri ilə əl tutuşduqdan sonra , onlarla birlikdə qabaqda yeriməyə başladı və bu vaxt Bəşər Əsəd ikinci cərgədə, Putinin və zabitlərin arxasınca gedirdi. Bütün bunlar istənilən dövlət başçısı üçün alçaldıcı görüntülər idi. Daha sonra Putin Rusiya bayrağı olan platformaya tələsdi. Əsəd onun ardınca getmək istədi, amma rus zabitlərdən biri onun əlindən tutub saxladı, Putinə yaxınlaşmasına imkan vermədi. Suriya prezidenti zabitin bu hərəkətinə təbəssüm və açıq itaətlə cavab verdi və olduğu yerdə qaldı.
 
Bütün bu səhnə bizə Bəşər Əsədin taleyini cızır – itaətdə olan nökərin taleyini, hansı ki, hökmünü ruslar verir. O, onların xidmətindədir, onlarsa ona nifrət edir, baxmayaraq ki, o bunlara hər şeyi,  yüz il bundan sonraya hərbi bazasından istifadə etməyi də icazə verir. O özünü ruslara satıb, amma öz xalqının azadlıq çağırışlarına, hətta ərəb baharı gedişatında Misir, Tunis, Yəmən, Liviyadakı qardaşları kimi sülh dialoqu tələblərinə cavab verməkdə  çox təkəbbürlüdür. Bununla da o, yalnız nasist lider Hitlerə aid olan sözlərə layiq olduğunu sübut etdi. 
 
Ondan soruşanda ki, həyatında rast gəldiyin ən zavallı insanlar kimdir, cavab verdi ki, ölkələrini işğal etməkdə ona yardım edənlərdir! Eynilə bütün tiranlar xarici qüvvələrə imkan verir ki, öz xalqı ilə sərt davransınlar və öz mülkiyyətini qorumaq və hakimiyyətdə qalmaq üçün  böyük dövlətlər qarşısında ən pis güzəştlərə gedirlər.
 
 
 
Amma, onlar öz xalqlarına qarşı ən kiçik güzəştə belə getmirlər və onları ələ salırlar. Məhz bu səbəbdən diktatorlar başçılıq etdiyi ölkə üçün çox təhlükəlidirlər. Onların zəifliyi və mənbəyi xalq olan legitimliyin itirilməsi, onları məcbur edir ki, xarici qəsbkarların cəhdlərinə güzəşt etsinlər, belə ki, onlar nə varsa satmağa və təklif etməyə hazırdırlar, təki öz xalqı tərəfindən devrilməsinin qarşısını almaqda ona kömək etsinlər. Onlar gözəl bilirlər ki, belə olduqda onları nə gözləyir.  Repressiya, təqib, alçaltma və həbslər kimi qoyub getdikləri miras o qədər acıdır ki, tez unutmaq mümkün deyil.
 
Cinayətkar və tiran Bəşər Əsəd öz xalqına qarşı çox zülm edib: yarısı qadın və uşaq olan yarımmilyon suriyalı öldürülüb, onlarca şəhər məhv edilib, səkkiz milyon suriyalı ölkədən qovulub, minlərlə insan həbsxanada işgəncələrə məruz qalıb.
 
Əsəd Suriyanı Rusiya və İrana satdı və dünya bunu gördü. Bu siyasi aksiomadır, onun amerikalıların təsdiqinə , rusların təkzibinə ehtiyacı yoxdur.  Amma Himeymimdəki dünənki səhnə göstərir ki, Rusiya öz bildiyini etməyə başlayıb və Əsəd yeni Suriyanın tərkib hissəsi deyil,  Dəməşqdə vəziyyətin nizama salınmasına qədər ölkənin başında müvəqqətidir.

Загрузка...
Загрузка...