Gələcəyi dəqiqliyi ilə görən Osmanlı Nostradamusları və onlara dəhşətlər yaşadan SULTANLAR

Dördüncü Muradın ölümündən Ankaranın paytaxt olacağına qədər hər şeyi əvvəldən biliblər. Onlar Osmanlı tarixinin iki məşhur münəccimi Kahin Müstak Baba və Münəccimbaşı Hüseyn Əfəndidir.
Publika.az öz edamlarını belə əvvəldən bilən Osmanlının Nostradamusu adlandırılan bu münəccimlər haqqında maraqlı faktları təqdim edir:
 
 
XVII əsrdə yaşamış Münəccimbaşı Hüseyn Əfəndi Ankaranın paytaxt olacağını deyib. XIX əsrdə yaşamış Müstak Baba isə astronomiya və riyaziyyatı çox yaxşı bilirdi. Bu iki tarixi şəxs fərqli dövrlərdə yaşasalar da ortaq üsullardan istifadə ediblər.
Osmanlıda münəccimlik son dərəcə ciddi qəbul edilən peşələrdən idi. Münəccimlər fal ilə məşğul olmurdu. Ulduzları incələyib “Ahkam Təqvimi” hazırlayan münəccimlər Ramazanda bayram günləri və namaz vaxtlarını müəyyən edirdilər.
XVII əsrdə yaşayan Münəccimbaşı Hüseyn Əfəndi 1640-cı ildə hazırladığı təqvimdə Dördüncü Muradın və Sultan İbrahimin öləcəyini əvvəldən bilib. Ankaranın paytaxt olacağını deyən və iki böyük kəhanəti ilə məşhurlaşan Hüseyn Əfəndi sultan Məhmədin öləcəyini deməklə canından olub.
H.Əfəndi mədrəsə təhsilini başa vurandan sonra Dördüncü Muradın imtahanından uğurla keçmişdi. 1640-cı ildə hazırladığı təqvimdə Dördüncü Muradın öləcəyini və şifrəli şəkildə taxta Dördüncü Məhmədin keçəcəyini deyib və kəhanəti doğru çıxıb.
Sultan İbrahimin dövründə yaşanan sıxıntılar insanların gələcəyə marağını artırmışdı. Həmin vaxtda münəccim İbrahimin öləcəyi ilə bağlı dediklərinin gerçəkləşməsi onun şöhrətini artırıb.
 
 
1650-ci ildə isə hazırladığı təqvim onun sonu oldu. Belə ki, ulduzların hərəkətindən “vəfatı-ı Məhməd” yazısını oxudu və Məhmədin öləcəyini, yerinə başqa birinin taxta çıxacağını deyib. Ancaq bu kəhanəti özünü doğrultmadığına görə Hüseyn Əfəndinin düşmənlərinin əli ilə Dördüncü Məhməd onu zindana saldırdı. İstanbuldan kənara sürgün edilən Hüseyn Əfəndi Silahdar katibi Sərxoş İsmayıl Ağanın İstintiyədəki sarayında gizlənib. Dördüncü Məhmədin anası Tərhan Sultana əfv edilməsi üçün məktublar yazıb. Bundan xəbər tutan düşmənləri onu öldürmələri üçün Dördüncü Məhməddən razılıq alıblar. Öz doğum tarixi ilə hesablama aparan Hüseyn Əfəndi öləcəyini təxmin edib və gizləndiyi yerdən qaçıb. Onun öz ölümü ilə bağlı kəhanəti doğru çıxıb. Rumelində tutulub və boğularaq öldürülüb. Onun bütün sərvəti dövlət xəzinəsinə bağışlanıb.
 
 
1750-ci ildə Bitlisdə doğulan Müstak Baba mədrəsə təhsili alıb. Dövrünün qüvvətli şairlərindən olan Müştak Baba “hər hərfin bir rəqəm dəyəri daşıdığını və rəqəmlərin gələcəkdən xəbər almaq üçün istifadə etmək mümkündür” fikirləri üzərində “Əbcəd” sistemindən istifadə edərək gələcəkdən xəbərlər verirdi. 1923-cü ildə Ankaranın paytaxt olacağını yüz ildən çox əvvəlki bir tarixdə bildirmişdi.
O bir müddət İstanbulda Səlami Əfəndi Dərgahında şeyx olub. Müştak Baba həmçinin zamanın hökmdarı İkinci Mahmud və Sədrəzəmi Akif Paşanın yaxın çevrəsində olub. Ancaq doğulduğu Bitlisə qayıdarkən Muşda sehrbazlıq etdiyi iddiası ilə öldürülüb. Hətta deyilənə görə edam edilib.
Gülxar

Загрузка...
Загрузка...