Gizli səs qeydinin sirrini Pentaqon açıqladı: Bağdadi yaşayır?

Baxış sayı: 
206
0  
0  

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İŞİD lideri Əbubəkr Əl Bağdadiyə aid olduğu iddia edilən səs qeydlərini analiz edib.
Publika.az xəbər verir ki, Pentaqon səs qeydinin Bağdadiyə aid olduğunu təsdiq edib.
Pentaqonun Orta Şərq masasının spikerlərindən olan Erik Pahon sözügedən səs qeydlərinin Bağdadinin yaşadığını sübut etdiyini deyib.
Qeyd edək ki, keçən ay Bağdadiyə aid olduğu iddia edilən 46 dəqiqəlik səs qeydi yayımlanmışdı. Qeydi yazan şəxsin yaxın keçmişə aid bəzi hadisələrdən söz açması onun köhnə səs qeydi olmadığını sübut etmişdi.
Qeyddə danışan şəxs Şimali Koreyanın ABŞ və Yaponiyaya aid təhdidləri, Türkiyə, İran və Rusiyanın Astanada keçirdiyi Suriya görüşündən söhbət açmışdı.
Zümrüd

Загрузка...
Загрузка...