"Gey olmaq onun-bunun haqqını yeməkdən daha şərəflidi"

Qalstuklu, bığlı, ağköynəkli, çərçivələrlə yaşayan, məddah, riyakar, üfunət qoxan çürük düşüncəli, marionet day-daylardansa , onlar daha faydalı, daha təhlükəsiz!
 
Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev sırğa taxan oğlanları gey adlandırıb: “Kişi sırğa taxmaz. Onlar özlərinə oğlan cəlb etmək üçün bu yola əl atırlar. Hesab edirəm ki, sırğa taxan oğlanlar geydir. Azərbaycanda belələri çoxdur. Onlar cinsi azlığa məxsus insanlardır. Xaricdə də qulağına sırğa taxan oğlanları hamısı “mavi”lərdir”.
 
Gənc yazar Ömər Xəyyam Moderator.az-a açıqlamıasında sırqa taxan oğlanların gey adlandırılmasına münasibət bildirib:
 

"Bilmirəm adını çəkdiyiniz adam kimdi, amma bu düşüncə qüsurlu düşüncədi. Bu düşüncədən cəhalət qoxusu gəlir.
Mən qalstuklu, ağ köynəkli, laklı uzunburun ayaqqabılı o qədər gey tanıyıram ki... Bir də ki, gey olmaq qalstukdan asılıb onun-bunun haqqını yeməkdən daha şərəflidi. Geylərin bədənləri belə düşünən insanların gözüncə çirklidi, murdardı, amma düşünürəm ki, hafizkimilərin ruhları çirklidi, mahiyyət etibarilə daha çox gey bu növlərdi. İnsanı cinsi, dini fərq qoymadan, milliyyət, cinsiyyət, irq ayırımı etmədən sevmək lazımdı, insanlıq budur!
 
 
 Mənim gey dostlarım var, intellektual, işıqlı gənclərdi. Ki, qalstuklu, bığlı, ağköynəkli, çərçivələrlə yaşayan, məddah, riyakar, üfunət qoxan çürük düşüncəli, marionet day-daylardansa , onlar daha faydalı, daha təhlükəsiz!