Generalın yerinə təyinat oldu - DİN

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.
 Report-un xəbərinə görə, polis polkovniki Əkbər İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
 Ə.İsmayılov bu təyinata qədər Sumqayıt Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
 Qeyd edək ki, DİN-in Baş Cinayət Axtarış İdarəsinin əvvəlki rəisi polis general-mayoru Emin Şəkinski olub. O, keçən həftə vəzifəsindən azad edilərək DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.