General: “Rusiya Avropa üçün plan hazırlayıb”

 
Rusiya Şərqi Avropanı tutmaq üçün xüsusi plan hazırlayıb.
 
Axar.az xəbər verir ki, bunu Böyük Britaniya mətbuatına açıqlamasında britaniyalı general Riçard Şirref söyləyib.
 
Onun sözlərinə görə, bunun nəticəsində qlobal miqyasda dağıdıcı konflikt başlayacaq. O, NATO-nun bu təhdidə cavab verməli olduğunu bildirib:
 
“Rusiya Qərblə savaş üçün istənilən an bəhanə tapa bilər. Moskva Polşaya müdaxilə edərək NATO-ya xəbərdarlıq edə bilər. Rusiyanın artıq hazır planları var”.