​Gecələr eyni saatda oyanmağın səbəbləri - MARAQLI

 
 
Yuxu insan orqanizminin normal fəaliyyəti üçün olduqca əhəmiyyətlidir. Əgər insan yuxudan tez-tez oyanırsa, yuxuya çətinliklə gedirsə və yaxud yuxusuzluqdan əziyyət çəkirsə, bu onun orqanizminin bərpasına mane olur. Belə pozulmaların səbəbi insanda olan hər hansı bir xəstəlik səbəbi ola bilər.
 
Moderator.az  bildirir ki, gecələr davamlı olaraq eyni saatda oyanmaq bir təsadüf deyil və
oyandığınız saat sizinlə bağlı mühüm məlumatları aşkara çıxarır.
 
Axşam saat 21:00 - 23:00 
 
Bu saatlar arasında davamlı olaraq oyanırsınızsa deməli yuxuya dala bilmirsiniz. Bu problemi yatmadan əvvəl yoqa ilə məşğul olaraq və kitab oxuyaraq həll edə bilərsiniz.
 
Gecə saat 23:00 - 01:00
 
Bu saatlarda enerji öd kisəsindən keçir və duyğusal olaraq məyus olduğunuzu hiss etdiyiniz zamanlarda bu halla tez-tez qarşılaşa bilərsiniz. Bunu həll etmək üçün sizə özünüzü pis hiss etdirən şəxsi bağışlamalı və mənfi enerjini özünüzdən kənarlaşdırmalısınız.
 
Gecə saat 01:00 – 03:00 
 
Qaraciyəriniz enerjinizi alır və bu sizdə əsəbi bir ruh halına səbəb olur. Bu problemi həll etmək üçün yatmadan əvvəl 1 stəkan soyuq su için. Daha sonra bu problemi əsaslı olaraq həll etmək üçün nə üçün belə hiss etdiyinizə dair düşünün.
 
Saat 03:00 - 05:00
 
Enerjiniz ağciyərlərinizdə dolaşdığı üçün bu saatlar arasında nəfəs darlığı çəkə bilərsiniz. Bu saatlarda tez-tez oyanmaq, həyat, yaşayış, gələcəyiniz və tale üzərində gərgin düşüncələr içində olduğunuzun sübutudur.
 
Səhər saat 05:00 - 07:00
 
Bu saatlar arasında enerjinizin bağırsaqlardan keçdiyini hiss edəcəksiniz. Əgər bu qədər tez oyanırsınızsa, yatmadan əvvəl əsnəmə hərəkəti etməlisiniz. Əgər bu saatlarda istəksiz oyanırsınızsa, eyni zaman da həzm və ifrazat sistemi ilə bağlı problemləriniz ola bilər. Çünki bu saatlarda qəbz və ya ishal olma ehtimalınız xeyli yüksəkdir.
 
 
 
Kamran

Загрузка...
Загрузка...