Gədəbəydə ata-anasını öldürən oğul meşədən tapıldı – Təfərrüat

 
Gədəbəy rayonunda bir neçə gün əvvəl qətl törədən şəxs məsuliyyətə cəlb edilib. Teleqraf.com xəbər verir ki, Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib və hadisə yerini tərk edib.
 
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Şöhrət Məsimov tutulub.
 
Bildirilir ki, cinayəti törədən Şöhrət Məsimov meşədə bir neçə gün gizlənib. Məlumata görə yaşlı ər-arvad evdə 15 yaşlı qız nəvələri ilə qalırmış. Hadisə baş verən vaxt qız mağazaya gedibmiş. Şöhrət Məsimovun sərxoş vəziyyətdə cinayəti törətdiyi məlum olub.
 
Həmin şəxsin 2000-ci illərin əvvəllərində Rusiyada daha bir qətl törətdiyi üzə çıxıb.
 
İbtidai istintaqa ifadə verən Şöhrət Məsimov törətdiyi cinayəti etiraf edib və əməlindən peşman olduğunu deyib. O bildirib ki, hadisə baş verən günə kimi valideynləri arasında heç bir mübahisəsi olmayıb.
 
Bakı şəhərində yaşadığını deyən Şöhrət Məsimov əlavə edib ki, sentyabrın 21-də kəndə qonaq gəlibmiş. O, deyib ki, atası ilə mübahisə pul və mülk üstündə yaranıb: “Atamı həyətdəki dama apardım və orada bir neçə yerındən bıçaqladıpm. Atamın öldüyünə əmin olandan sonra anamın səsi gəldi. Sonra düşündüm ki, anam bunu görüb. Hadisənin ört-basdır olunması üçün anamı da öldürmək qərarına gəldim. Axtaranda anamı həyətdəki iri ağacın arxasında tapdım. Elə oradaca anamı da bıçaqladım. Onun da öldüyünü biləndə hadisə yerindən qaçdım”.
 
Faktla bağlı cinayət işi başlanıb.
 
Müəllif: Hacı Zeyanlov

Загрузка...
Загрузка...