Futbolçunun ailəsi qəzaya düşdü

“Barselona” və Braziliya milli komandasının əfsanəvi futbolçusu Rivaldonun həyat yoldaşı ilə qızı avtomobil qəzası keçirib.
Musavat.com xəbər verir ki, bu barədə 43 yaşlı futbolçu şəxsi “İnstagram” səhifəsində məlumat verib.
2000 - ci illərdə göstərdiyi oyunla adını dünya əfsanələri arasına yazdıran Rivaldonun ailə üzvləri San Paoloda qəza keçirib. Rivaldo hazırda həyat yoldaşı və qızının xəstəxanada olduğunu bildirib və onların vəziyyətinin normal olduğunu qeyd edib.