Futbolçu məşq zamanı öldü — Azərbaycanda dəhşətli hadisə

 
Turaninfo.az xəbər verir ki, faktı klubun prezidenti Musa Qurbanov apasport.az saytına təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.
 
“Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm” - deyə, Qurbanov bildirib.
 
Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.
 
Faktla bağlı araşdırma aparılır.
 
***
 
Zaqatala Futbol Klubuna transfer olunan nigeriyalı legioner futbolçu məşq zamanı dünyasını dəyişib.
 
Ölkə.Az Kanal S (Region TV)-ə istinadən xəbər verir ki, Maykl adlı futbolçunun bir müddət öncə kluba transfer olunduğu billdirilir.
 
Klubun birinci liqaya hazırlıq məşqləri zamanı anidən dünyasını dəyişən futbolçunun sağlamlığında heç bir problemin olmadığı deyilir.
 
Hələlik fakt yalnız futbolçular tərəfindən təsdiqlənib.