Futbol Federasiyası “Fənərbaxça”nın futbolşusuna dopinqə görə cəza vermədi (FOTO)

Türkiyə Futbol Federasiyası “Fənərbaxça” futbol klubunun oyunçusu Gökhan Gönülün cəzalandırılmasına ehtiyac duymur.
Turaninfo.az Musavat.com-a istinadən  xəbər verir ki, federasiyanın hüquq müşavirliyindən “Fənərbaxça” klubuna bununla bağlı rəsmi məktub ünvanlayıb. Klub isə məktubu internet saytında yayıb.
Məktubda bildirilir ki, maddədən müalicə məqsədilə istifadə edilib və bununla bağlı futbol federasiyası məlumatlandırılıb. Bu səbəbdən də TFF Gğkhan Gönülün intizam məsuliyyəti məsələsinə baxılmasına ehtiyac görməyib.