Füruzə İbadova İlhamə Quliyevanın oğluna qarğış etdi

“Allah ondan da pis günə qoysun!”
Əməkdar artist Firuzə İbadova  mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun ona 4500 manat pul borclu olduğunu bildirib. Firuzə İbadova Teleqraf.com-a açıqlamasında  Orxan Nadirovun borcunu qaytarmadığını bildirib: “Orxan Nadirov və Vüqar Bəkirov mənə pul borcludurlar.  Hər ikisi məndən İlhamənin yanında 7 min pul aldılar. 2500 manatını qaytardılar, 4500 manatı qalıb. Bunu Allah götürməz. Onlar mənim pulum qaytarmasalar, pis günə düşəcəklər. Çünki mən təmiz adamam. Mənim həyat yoldaşım, sevgilim, oğlum yoxdur.  Məni  aldatmaq asandır və insanları çox sevirəm. Amma onlar mənə qarşı nankorluq edirlər . O məni yandırır.  Orxan  deyir ki, pul məndə deyil, Vüqardadır.  Vüqar isə deyir ki, Orxandadır.  Pul bu insanların iksindədir. Verin mənim pulumu və mən də evimin pulunu ödəyim. Onları Allaha tapşırmışam. Allah onları ondan da pis günə qoysun!”.   
Məsələyə aydınlıq gətirmək üçün mərhum müğənninin oğulluğu Orxan Nadirovla əlaqə saxladıq. Orxan Nadirov məsələ ilə bağlı danışmaq istəmədiyini və bu barədə vəkili Habil Vəliyevə müraciət etməyimizi istədi.
Vəkil isə musavat.com-a açıqlamasında bunları dedi:
“Ola bilsin ki, kiminsə kiməsə borcu olsun. Amma inanmıram ki, Firuzə xanım bu məsələni ictimailəşdirsin. Firuzə xanım onların ailə dostudur. İndi hansısa bir çətinlik yarananda dost-tanışın yanında... belə şeylərə birtəhər baxıram”.