Fuller Türkiyədə imiş - Gizli qaçış

 
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş vəzifəli şəxslərindən biri olan Qraham Fuller iyulun 16-da Türkiyədən gizli yollarla qonşu ölkələrdən birinə qaçıb.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsləhətçisi Cəmil Ərdəm söyləyib.
 
Onun sözlərinə görə, 15 iyul hadisələri çevriliş deyildi:
 
“Bu, birbaşa Türkiyəyə qarşı hücum idi. Bunun sonunda Türkiyə üçün “Balkanlaşdırma layihəsi” həyata keçiriləcəkdi”.
 
Qeyd edək ki, Qraham Fuller Amerikanın RAND analitik qrupunun siyasi məsləhətçisidir. 20 illik kəşfiyyat fəaliyyətinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə MKİ-nin Yaxın Şərq və Cənubi Asiyadan məsul xəfiyyəsi vəzifəsinə təyin edilib. 1988-ci ildə rəsmi fəaliyyətinə son verən Fuller RAND şirkətində əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və SSRİ üzrə ekspert kimi fəaliyyətə başlayıb. Məhz o, Gülənə ABŞ-da yaşıl kartın verilməsi üçün Vaşinqtona müraciət edən şəxslərdən biri kimi tanınır.
 
Fullerin 15 iyul hadisələri zamanı İstanbulda olması rəsmi Ankaranın ABŞ-a sərt etirazı ilə nəticələnib.