Fətullah Gülən bu ölkəni seçdi: yeni iqamətgah qurulur

 
 
Türkiyədən qaçan FETÖ üzvləri Cənubi Afrika Respublikasına (CAR) üz tuturlar.
 
Publika.az xəbər verir ki, FETÖ-nün planlarının detalları əldə olunub.
 
Məlumata görə, təşkilat Cənubi Afrika Respublikasında yeni qərargah qurur. Bütün üzvlər bir-bir ora gedirlər. Keçmiş “Zaman” qəzetinin əsas şəxslərindən olan Alaattin Kayanın artıq bu ölkəyə getdiyi deyilir. FETÖ-nün əsas maliyyəçisi olan Ali Katırcıoğlu da bir neçə ay öncə CAR-a yerləşib.
 
 
Qeyd edək ki, Fətullah Gülən CAR prezidenti Yakob Zuma ilə yaxın əlaqələrə sahibdir. Məlumata görə, Cohannesburq şəhərində inşa edilən “Nizamiye Külliyesi” FETÖ-nün yeni iqamətgahı olacaq.
 
 
Fətullah Gülənin də ABŞ tərəfindən Türkiyəyə veriləcəyi təqdirdə CAR-a qaçacağı gözlənilir.