​FƏTÖ-MTN işində sensasiya: Mahmudovun Türkiyə biznesinə əl qoyuldu - Təfsilat

 
 
AKP hakimiyyətinə yaxın “Ak gazete” “Gülən camaatı”nın Azərbaycandakı ən güclü dayağı kimi sabiq MTN şefini göstərib
 
Politika.Az xəbər verir ki, məqalədə ləğv edilmiş MTN-in sabiq şefi Eldar Mahmudovla Gülənin əlaqələrindən danışılır.
 
Qeyd olunur ki, Ankara 15 iyul qiyamından sonra Gülən camaatının xarici ölkələrdəki bağları, çevriliş etmək təhlükəsi barədə narahatlığını bildirib. Bu sırada ən başda olan ölkələrdən biri də Qırğızıstan göstərilib.
 
Mahmudov qrupunun kaset şantajı, qeyru-qanuni dinləmələr, iş adamlarından şantajla malların qəsb edilməsi kimi əməlləri ilə FETÖ-nün Türkiyədəki fəaliyyətləri arasında bənzərliyin olduğunu yazan məqalə müəllifləri bu 2 qrupun arasındakı bağlantını ortaya qoyublar.
 
Naxçıvanda Gülən liseylərindən birinə Eldar Mahmudovun atasının adı verilib və hətta həyətində heykəli də qoyulub. Mahmudovun pula hərisliyini təsbit edən FETÖ rüşvət metodundan yararlanıb.
 
Gülən örgütü ilk illərdə Mahmudovun xarici bank hesablarına ildə 1 milyon dollar ödəyib, sonrakı illərdə isə həm də MTN şefinin Türkiyədəki biznes fəaliyyətlərinə də dəstək olub.
 
Politika.Az xəbər verir ki, Türkiyədə 15 iyul çevrilişinə cəhd edən generallar kimi MTN generallarının da Azərbaycanda 17 oktyabr projesi olduğu deyilir. Lakin dövlətin ayıq-sayıqlığı nəticəsində plan deşifrə olunub.
 
MTN-in sabiq rəhbəri 2006-cı ildən sonra “nurçulara” qarşı geniş mübarizədən dəm vursa da, 10 ilə yaxın bir müddətdə “camaat” şirkətinə və ya nümayəndəsinə qarşı əməliyyat keçirilməyib, tam əksinə, onlara maneə olanları “təmizləyib”.
 
Əldə etdiyimiz son bilgilərə görə, Mahmudovun Gülən şəbəkəsi ilə olan əlaqələri hesabına Türkiyədəki biznesinə həbs qoyulub.
 
Sabiq nazirin biznes imkanlarının ölkə hüdudlarını aşdığı sirr deyil. Mahmudov vəzifədə olduğu dövrdə əldə etdiyi milyardlardan müxtəlif ölkələrdə öz ticari əlaqələrini genişləndirib.
 
E.Mahmudovun İstanbuldakı məşhur restoranla əlaqəsi var imiş. Ehtimala görə, İstanbul-Böyük Adada yerləşən “BY ŞÜKRÜ” adlı tanınmış restoranının MTN rəhbəri ilə münasibətləri olub.
 
Deyilənlərə görə, sözügedən restoran E.Mahmudovun olub. Ancaq restoran eks-nazirə yaxın bir şəxsin adına rəsmiləşdirilib. Ona görə də keçmiş nazir vəzifəsindən kənarlaşdırılarkən xaricdəki biznesini müəyyən qədər qoruya bilib.
 
Politika.Az xəbər verir ki, MTN şefinin Gülənlə əlaqələrinin üzə çıxması Türkiyə kəşfiyyatı tərəfindən təsbit olunub. Nəticədə rəsmi Bakı ilə Ankara arasındakı anlaşma əsasında biznesinə əl qoyulub.
 
E.Mahmudovun biznes şəbəkəsinə gəldikdə bu sırada “Azər Qaz Bank”, “Crystal Plaza” Holdinq, “Crystal Motors”, “TOS OİL”, “Anar OİL”, “Jaguar Motors”, “Range Rover Motors”, “Maseratti Motors”, “İndigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, “Turac” və “Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri göstərilir.
 
Qeyd edək ki, sabiq nazirin biznesləri sırasında “Auto Azerbaijan” MMC, Texnika Bank, “Karvan” Turzim Şirkəti və daha bir neçəsinin adı da mətbuatda hallanıb.

Загрузка...
Загрузка...