FTB-nin bu qərarı Klintonun prezident olmaq şansını artırdı

 
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) Demokratlar Partiyasından olan prezidentliyə namizəd Hillari Klintonun şəxsi elektron poçtu ilə bağlı araşdırmaların nəticələrini açıqlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaların nəticələri ilə bağlı FTB direktoru Ceyms Komey ABŞ Konqresinə məktub göndərib.
Məktubda qeyd olunur ki, Hillari Klintonun elektron poçtunda dövlət sirri hesab olunan məlumatların göndərilməsi ilə bağlı araşdırmalar yekunlaşıb:
“Araşdırmalar nəticəsində Hillari Klintonun elektron poçtunda hər hansı cinayət əməli aşkar edilməyib”.
Hillari Klintonun Seçki Qərargahı isə FTB-ninbu qərarını müsbət qarşıladığını bildirib.
H.Klintonun seçki kampaniyasının sözçüsü Jennifer Palmieri mətbuata açıqlamasında bu problemin həll edilməsindən məmnun olduğunu söyləyib.