FTB-dən Rza Zərrab üçün xüsusi xətt – ŞOK DETALLAR

Baxış sayı: 
173

Azərbaycanlı iş adamı Rza Zərrabın ABŞ Federal Təhqiqatlar Bürosunun verdiyi korlinks tətbiqi vasitəsilə həbsxanadan hər gün işçilərinə təlimat verdiyi ortaya çıxıb.
Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu, İstanbul Respublika Baş Prokurorluğunun Zərrabın həbs olunan işçilərinin telefonlarının araşdırılması nəticəsində məlum olub.
Zərrabın köməkçisi olan Sinem Arslanın telefonunun araşdırılması ona hər gün azərbaycanlı iş adamından mesajlar gəldiyini müəyyən edib. Bundan əlavə, o, Zərrabın vəkilləri və antikvarçıları ilə Skayp vasitəsilə danışıb. S. Arslan 2015-ci il dekabrın 12-də Zərrabın yanında işə başladığını bildirib. O, bu tarixdən 3 ay sonra ABŞ-da həbs olunan müdiri ilə korlinks tətbiqi vasitəsilə əlaqə saxladığını etiraf edib.
 
 
Məlumata görə, Zərrabın köməkçisinə göndərdiyi mesajların bəziləri aşağıdakılardır:
- Detalları öyrənmək üçün bazar ertəsi Makedoniya konsulluğuna gedin.
- Vəkillərlə iclas keçirib buradakı cəzam bitəndə Dubayda yaşamağım üçün viza alınması və s. məsələlərlə bağlı detalları araşdır.
- Mənim tərəfimdən imzalanmış təlimatlar olmadan heç kimə pul verməyin.
- Gündəlik çıxan qəzetləri arxivləşdirin.
- Əntiq əşyalarımın və tablolarımın maddi dəyəri ilə bağlı sənədləri bir yerə yığ.
- Antikaların və masaların məsrəfləri haqqında sənədlərin toplanması.
- Ailəmin xüsusi günlərini yaddan çıxarmayın.
 
 
Qeyd edək ki, Rza Zərrab 2016-cı il martın 19-da ABŞ-da Mayamidə Federal Təhqiqat Bürosu tərəfindən həbs olunub. Bu ilin aprelində isə "Halkbank"-ın baş menecer müavini Mehmet Hakan Atilla ABŞ-da həbs edilib. Onların hər ikisi İrana qarşı olan sanksiyaları pozmaqda, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilirdir.
Lakin Zərrab ötən ay günahlarını etiraf edib və məhkəmə prosesində şahid qismində çıxış etməyə başlayıb.
Ömər

Загрузка...
Загрузка...