Əfsanəvi oğru geri döndü VƏ GÖRÜN NEYLƏDİ… – Film kimi CİNAYƏT

 
Oğruya oğurluq etməməsi üçün pulla yanaşı məktub yolladıqdan sonra oxşar məktub və pul alaraq gündəmə gələn Tahsin Yaman yenə də oğurluğa məruz qalıb.
Türkiyənin İzmir şəhərinin Torbalı qəsəbəsində yaşayan 60 yaşlı T.Yamanın yaşadığı məhəllədəki transformatordan bu dəfə 5 min TL dəyərində kabel oğurlanıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
5 min TL zərərə düşən T.Yaman 2 ton kabelin necə oğurlanması ilə bağlı heç bir fikri olmadığını deyib:
“Səhər tezdən öyrəndim ki, yenə də kabel kəsilib. Hətta yerdə oğurlanana kabelin yükləndiyi avtomobilin izləri də qalıb. Təxminən bir ay öncə də oxşar hadisə olmuşdu. Bu dəfə məni daha çox pərişan etdilər. Bu il ərzində 20 min TL-yə qədər zərərə düşdüm. Nə edəcəyimi bilmirəm. Kimsə mənə kömək etsin. Əvvəl yazdığım məktuba görə də çox peşman olmuşam. Çünki oğrunu bir az da hirsləndirmiş oldum”.
 
Xatırladaq ki, tez-tez məhəllədəki kabelin oğurlanması səbəbindən işıqsız qalan 60 yaşlı Yaman ötən ay oğruluq olan yerə 50 lirə pul və qeyd yazılmış vərəq qoymuşdu.
Tez-tez kabel oğurluğu səbəbindən işıqsız qalan qəsəbə sakini vərəqə “bu kabeli kəsib 20 lirə qazanacaqsan. Əvəzində sənə 50 lirə pul qoyuram və pulu sənə halal edirəm. Al bu pulu, kabeli oğurlama” yazıb.
Lakin bir müddətdən sonra yenidən kabel oğurluğu olub və transformatordan əlavə 50 lirə və belə məzmunda məktub tapılıb:
“Bu işi pula görə deyil, zövq üçün görürəm. Ümid edirəm ki, bu pul zərərini qarşılayar. Sən bu pulla zərərini ödə, mən yenə kabeli oğurlayacağam”.
Başına gələn tragikomik hadisəni mətbuata bildirən T.Yaman qeyd edib ki, həmin məhəllədə yaşadığı 10 il ərzində 25 dəfə transformatordan kabel oğurlanıb. (virtualaz.org)