Fransanın yeni konsulunun xanımından MÖHTƏŞƏM GECƏ - FOTO

 
Fransanın Azərbaycandakı yeni konsulu Antuan Simönelin xanımı Daiana Simönel mədəniyyət və incəsənət xadimləri ilə görüş təşkil edib.
 
Teleqraf.com xəbər verir ki, kokteyl gecəsinin məqsədi müxtəlif çevrələrdən olan incəsənət xadimlərini bir araya toplamaq, “D.One” və “Kweart Festival”ın film prodüseri və direktoru Daiana Simenellə və bu markaların məhsulları ilə tanış etmək olub.
 
Görüşdə bildirilib ki, Daiana Simönelle və onun komandası - “Directa Brazil” və Rio Musiqi Konfransının direktoru (Braziliya) Pedro Shimitt, “Aquarium Club Paris”-in direktoru (Avropa) Carl Gabriel Bakıda “D.ONE” markası adı altında keçiriləcək yeni İncəsənət Festivalını yaradırlar.
 
Daiana Simenellə çıxışında bildirib ki, əsas məqsədi Avropa mədəniyyətini Azərbaycana, Azərbaycan mədəniyyətini isə Avropaya tanıtmaqdır: “ Ümid edirəm ki, bu layihəmiz Avropa, Cənubi Amerika və Azərbaycan arasında bir körpü rolunu oynayacaq”.
 
“D.ONE” Azərbaycan gəncliyinə güvənir,  Azərbaycanda yeni nəslin daha yaradıcı və orijinal olduğunu düşünür.
 
“D.ONE”-nın təqdimatına görə, yeni nəsil dizayn və əyləncə sahələrində daha yaradıcı zövqə sahibdir. “D.ONE” bu gənc qəhrəmanları incəsənətdən vasitə kimi istifadə edərək, bütün dünyanın onları tanıması üçün ruhlandıracaq, Avropanın və Cənubi Amerikanın möhtəşəm incəsənət xadimləri ilə əlaqələndirəcək.