Fransanın şimalında güclü partlayış - 3 nəfər yaralanıb (FOTO)

Fransanın şimalında yerləşən Nonankur şəhərində yaşayış binasında güclü partlayış olub.
"Report" xəbər verir ki, bu barədə "FrancetvInfo" məlumat yayıb.
Fransanın şimalında qaz sızması nəticəsində baş vermiş partlayışda azı 3 nəfər yaralanıb. 1 nəfər dağıntılar altında qalıb, daha 3 nəfərin taleyi isə naməlumdur.
Dağıntılar altında qalmış şəxs barədə isə şüurunun yerində olması xəbəri var.
Binanın təxminən 30 sakini evakuasiya edilib.