​Fransanın dövlət katibi: ''Dağlıq Qarabağdakı status-kvo artıq qəbuledilməzdir''

"Qənaətimizcə, Dağlıq Qarabağdakı stutus-kvo gərginliyi artırdığı və münaqişəni bərpa etdiyi üçün artıq qəbuledilməzdir".
Turaninfo.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir Yerevanda jurnalistlərə açıqlamasında bildirib.
"Bizim yanaşmamız belədir - münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək olar", - deyə o söyləyib.
Fransa rəsmisi son zamanlar Yaxın Şərqdən qaçqın axınına da toxunub: "Yaxın Şərqdə münaqişələr davam etdikcə orada ümumi təhlükəsizlikdən söhbət gedə bilməz. Bölgədə Dağlıq Qarabağ münaqişəsinin bərpası riski qaldığından, beynəlxalq təhlükəsizlikdən danışmaq mümkün deyil. Ona görə də ATƏT-in Minsk qrupunun həmsədri olaraq, Fransa münaqişənin dinc yolla həlli üçün bütün imkanlarından istifadə edəcək".