Fransadan Türkiyə ilə bağlı şok qərar

Fransanın Türkiyənin paytaxtı Ankarada yerləşən səfirliyi gözlənilməz açıqlama yayıb.
Ölkə.Az xəbər verir ki, təhlükəsizlik səbəbiylə 14 iyulda keçiriləcək tədbir ləğv edilib. Tədbirin yeni vaxtı haqda isə hər hansı bir açıqlama verilməyib. Səfirliyin rəsmi internet saytında bu barədə Türkiyə dövlətinə də məlumat verildiyi qeyd edilib:
"Təhlükəsizlik səbəbi ilə Ankara, İstanbul və İzmirdə təşkil edilməsi nəzərdə tutulan 14 iyul bayram tədbirləri ləğv edilmişdir. Bu qərar barəsində Türkiyə dövlət rəsmiləri məlumatlandırılıb.
Həmçinin, Fransanın Türkiyə Səfirliyi və Fransanın İstanbul Baş Konsulluğu 13 iyul 2016 tarixi, saat 13.00-dan etibarən ikinci bir qərara qədər bağlı olacaq.
Anlayışları üçün Türkiyədə yaşayan fransızlara və bütün qonaqlarımıza təşəkkür edirik".
Qeyd edək ki, bəzi dünya ölkələri Türkiyədəki terror təhlükəsinə görə vətəndaşlarına bu ölkəyə səfər etməməyi tövsiyə edir.