Fransada Türkiyə konsulluğuna hücum edildi

Türkiyənin Fransadakı konsulluğuna hücum edilib.
Turaninfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Məlumata görə, Türkiyənin Marseldəki konsulluğuna 2 şəxs tərəfindən “molotov kokteylləri” atılıb.
“Molotov kokteylləri”ndən birinin Türkiyə bayrağının dirəyinə dəydiyi və bayrağın bir hissəsinin yandığı bildirilir.
Hücumu təşkil edən şəxslər dərhal hadisə yerindən uzaqlaşıblar.