Fransada qəza baş verib - 12 nəfər həlak olub

Fransanın mərkəzində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əksəriyyəti Portuqaliyalı olmaqla 12 nəfər həlak olub.
"Turaninfo.az"ın  verdiyi xəbərə görə, məlumatı "La Montagne" qəzeti yayıb.
Bildirilir ki, İsveçrədən Portuqaliyaya qayıdan mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub.
Hadisə nəticəsində yaralanan mikroavtobusun sürücüsü xəstəxanaya yerləşdirilib. Yük maşınının sürücüləri (hər ikisi İtaliyalıdır) yüngül xəsarət alsalar da, şok vəziyyətindədirlər.
Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.