Fransada 12 türk həbs edildi

Fransada Türkiyə-İspaniya matçı sonrası 12 türk həbs edilib.
Turaninfo.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə həbs edilənlərin hamısı Fransa vətəndaşları olublar. (Fransa qanunlarına görə onlar fransız sayılır-red.)
Həbs olunanlardan 5-i gecəni Nitsa şəhərinin polis idarəsində keçirməli olub.
Fransa polisi həbs edilən şəxslərin stadiona yandırıcı maddə gətirməkdə, meydana partlayıcı maddə atmaqda təsirləndirildiklərini bildirib.
Məsələ ilə bağlı UEFA Türkiyə Futbol Federasiyasına qarşı təhqiqata başlayıb.
UEFA-nın Türkiyə Futbol Federasiyasına verəcəyi cəza yaxın günlərdə bəlli olacaq.