Fransa XİN: Dağlıq Qarabağın müstəqilliyini tanımırıq

 
Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır.
 
Oxu.Az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən APA-nın Avropa bürosunun Dağlıq Qarabağ separatçılarının “DQR”in adını dəyişdirmək niyyəti ilə bağlı sualına cavabında bildirilib.
 
“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi çərçivəsində bu münaqişənin siyasi və davamlı həll yolunun tapılması istiqamətində birgə səylərimizi davam etdiririk”, - deyə Fransa XİN-in mətbuat katibliyinin keçirdiyi ənənəvi onlayn mətbuat konfransında qeyd olunub.