Fransa və Almaniya liderləri Verden faciəsini yad edəcəklər

Bu gün Fransa prezdenti Fransua Olland və Almaniya kansleri Anqela Merkel Birinci Dünya Müharibəsində minlərlə fransız və almanın həlak olduğu Verden döyüşünə həsr olunan tədbirdə iştirak edəcək.
Musavat.com “Associated Press”ə istinadən xəbər verir ki, tədbir Fransanın şərqində Verden şəhərində keçiriləcək.
10 ay çəkən və 1916-cı ildə başa çatan bu döyüşdə 163 min fransız və 143 min alman əsgəri həlak olub.
Verden döyüşünün veteranlarından sağ qalanı olmadığı üçün bu tədbirdə 4 min fransız və alman məktəblisi iştirak edəcək.