Fransa siyasətçilərindən öz prezidentlərinə Qarabağ MÜRACİƏTİ

Aprel ayının 1-dən 2-ə keçən gecə işğalçı  erməni qoşunlarının cəbhənin bütün təmas xətti boyunca törətdikləri təxribat  dünyanın hər tərəfində əks-səda doğurdu və ermənilərin  regionda və bütün dünyada sülhə və sabitliyə təhlükə yaradan hərəkətləri qətiyyətlə pislənildi. Bu sırada Fransa senatorları, deputatları və ictimai xadimləri də Azərbycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar səsləndirdilər.
Lakin aprelin 5-də tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq, erməni hərbi birləşmələri yenə də atəş xəttində yerləşən və dinc əhalinin yaşadığı yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirlər. Bundan hiddətlənən bir qrup  Fransa siyasətçiləri yenidən Fransa prezidenti Fransua Ollanda kollektiv müraciət ünvanlayıblar.
Müraciətin tam mətni Milli Məclisin üzvü, Azərbaycan-Fransa dostluq qrupunun üzvü Cavanşir Feyziyev tərəfindən Modern.az-ın redaksiyasına təqdim olunub və onu olduğu kimi oxucularımızın diqqətinə çatdırırıq.
Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq hüquqa hörmətin vaciblyi barədə Müraciət
Cənab Respublika Prezidenti,
Adətən, iki tərəfin münaqişəsi zamanı, döyüşən tərəflərin ikisi də özünü təcavüzə məruz qalan, münaqişə qurbanı kimi qələmə verməyə çalışırlar.
Tarixi ağrı-acı ilə dolu olan Ermənistannın siyasi gücü və mətbuat imkanları geniş olan bir diasporaya malik olması o demək deyl ki, o haqlıdır.
Müsəlman və həm də dünyəvi ölkə olan Azərbaycanın isə zəngin neft ehtiyatlarının olması heç də onun günahkar olamsına dəlalət etmir.
Tənbəllik yaradan hazır mühakimələr və indiyədək formalaşmış təsəvvürlərdən kənara çıxmaq və situasiyanı olduğu kimi görmək lazımdır.
2016-cı il aprelin 2-də qanlı təxribat və görünməmiş zorakılıqların eskalasiyası nəticəsində Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış sərhədləri yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməli olmuşdur.
Bildiyiniz kimi, bu münaqişənin həlli üçün fundamental əsaslar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş  822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Assambleyasının 2008-ci ildə qəbul olunmuş  62/243 saylı qətnaməsi ilə müəyyənləşdirilmişdir və bu qətnamələr işğalçı erməni qoşunlarının dərhal, tam şəkildə, heç bir şərt qoymadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb edir.
Azərbaycan ərazilərinin daimi işğalı səbəbindən təəsüflər olsun ki, bu müddəalara əməl edilmir.
Belə hesab edirik ki, beynəlxalq ictimaiyyət – xüsusilə də, ATƏT-in Fransanın da daxil olduğu Minsk Qrupunun həmsədr ölkələri mütləq və təcili olaraq ən qısa zamanda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün hərəkətə keçməlidirlər.
Azərbaycanın işğal olunmuş əraziləri barıt çəlləyini xatırladır, belə ki, Azərbaycan bu günkü durumla razılaşmır, Ermənistan isə bütün təklifləri rədd edir və aprelin 5-də əldə edilmiş atəşkəsi pozur.
Ermənistanın siyasətini müəyyənləşdirən Rusiya və ona dəstək verən İran durumun ciddiliyini anlayaraq münaqişənin həlli yollarını arayırlar. Türkiyə də həmçinin öz səsini eşitdirir. Münaqişənin beynəlxalqlaşdırılması onun bütün həll yollarını daha da mürəkkəbləşdirəcək.
Durum sadədir: beynəlxalq ictimaiyyətin əlində qəbul edilmiş qətnamələr və münaqişənin həlli yollaını tapmaq tapşırığı almış Minsk Qrupu var. 25 ildir ki, davam edən “status-kvo”ya son qoymaq lazımdır və buna görə də cənab Prezident, biz sizdən xahiş edirik ki, Ermənistanı beynəlxalq hüququn müddəlarına əməl etməyə məcbur edəsiniz. Eyni zamanda, Təhlüksəizlik Şurasının daimi üzvü kimi sizdən xahiş edirik ki, onun bu təcavüzünün pislənməsinə nail olasınız.
Biz onu da əlavə edirik ki, bu gün Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğalına dəstək vermək sabah Krımın Rusiya tərəfindən işğalına dəstək verməklə nəticələnəcəkdir. Beynəlxalq hüquq hər yerdə tətbiq olunmalıdır, çünki bu, regional və beynəlxalq təhlükəsizlik üçün çox vacib şərtdir.
 Vasitəçilərin problemin həllini ləngitmələrinə son qoymaq lazımdır. Münaqişənin yenidən alovlanmasının təsəvvür edilməsi mümkünsüzdür. Ona görə də cənab Respublika Prezidenti, biz sizdən xahiş edirik ki, Minsk Qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi tutuduğunuz
vəzifəyə uyğun olaraq təcili tədbirlər görəsiniz.
İmzalayanlar:
 Jan-Mari Bokel (Jean-Marie Bockel), keçmiş nazir, Haut-Rhin bölgəsindən seçilmiş senator
Raşida Dati (Rachida Dati), keçmiş nazir, Respublikaçıların Avropa Parlamentində deputatı
Natali Qule (Nathalie Goulet), Orne bölgəsindən seçilmiş UDİ Senatoru, Xarici İşlər Komissiyasının sədr müavini
Andre Reyxard (André Reichardt), Bas-Rhin bölgəsindən seçilmiş senator, Avropa üzrə İşlər Komissiyasının sədr müavini, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə sədr vəzifəsinin icraçısı
Jan-Lük REİTSER (Jean-Luc REITZER), Haut-Rhin bölgəsindən seçilmiş deputat,  Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin sədr müavini
Silvi QOY-ŞAVAN (Sylvie GOY-CHAVENT),  Ain bölgəsinin Senatoru
Jerom Lamber (Jérôme LAMBERT), Charente bölgəsinin deputatı, Avropa İşləri üzrə Komissiyanın sədr müavini
Jerom Binyon (Jérôme BIGNON), Somme bölgəsinin Senatoru
Jan Fransua MANSEL (Jean-François MANCEL),  Oise bölgəsinin deputatı
Kristian Nami (Christian NAMY), Meuse bölgəsinin Senatoru.