Fransa hicaba qarşı

Fransanın baş naziri Manuel Vals yerli universitetlərdə müsəlman qadınların baş örtüyündən istifadəsini yasaqlamağa can atır. Bu barədə Ərəb Dünyasının öncül mətbuat orqanlarından olan “Arab News” məlumat yayıb. Xəbərdə deyilir ki, baş nazirin bu cəhdi onun hökumət üzvləri  tərəfindən də tənqidlə qarşılanır və faktiki onun komandasını iki yerə bölünüb.
Fransanın gündəlik “Liberation” qəzetinə müsahibəsində baş nazir deyib ki, biz fransalı müsəlmanları ekstremist ideologiyalardan hifz etməliyik. Baş örtüyü qadınlara qarşı təzyiqin təzahürüdür.
“Arab News” qeyd edir ki, Fransada yeli məktəblərdə və ictimai binalarda baş örtüyü və digər dini simvollar qadağan edilib. Ancaq eyni qadağanın universitetlərə tətbiq olunması ciddi maneə ilə qarşılaşıb. Bunu cənab Manuel Vals da etiraf edir. O, bildirib ki, Fransa konstitusiyasından dolayı bu qadağanın tətbiq olunması çətinliklərlə üzləşib.
O da maraqlıdır ki, Manuel Vals hökumətinin təhsil naziri Najat Vallaud-Belkacem və gənclərin ali təhsil naziri Thierry Mandon bu qadağaya qarşı çıxırlar.
Ancaq elə bugünlərdə Fransanın dövlət naziri Laurence Rossignol ölkəni silkələyən bəyanat vermişdi. O, üzünü örtən müsəlman qadınları quldarlığın davam etməsini arzulayan qaradərili insanlarla müqayisə etmişdi.
 Xatırladaq ki, Avropada ən çox müsəlman məhz Fransada yaşayır. Və bu ölkədə müsəlman qadınların üzübağlı gəzməsinin qanunla qadağan olunması istiqamətində ciddi addımlar atılıb.