Əfqanıstanda partlayış - 12 ölü

Əfqanıstanda Kabilin 180 km şərqində yerləşən Nəngərhar vilayətində meydana gələn intihar hücumu baş verib.
Turaninfo.az Musavat.com-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 12 nəfər həyatını itirib. Çox sayda yaralının olduğu hücumun ardından bölgəyə təcili tibbi yardım maşınları ezam olunub. Ölü sayının artacağı gözlənilir. Nəngərharda İŞİD və Talibana bağlı olan qruplar çoxluq təşkil edir.
Xəbər verilir ki, Əfqanıstan ordusunun təşkil etdiyi əməliyyatlar nəticəsində bir çox İŞİD və Taliban terrorçuları öldürülüb.