Əfqanıstanda 200 nəfər terrorda şübhəli qismində saxlanılıb

Əfqanıstanın iki əyalətində təxminən 190 nəfər terror qruplaşması ilə əlaqədə şübhəli bilinərək, saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Pajhwok” agentliyində yer alıb. Həbslər ölkənin şimal-şərqindəki Kanisa və mərkəzindəki Pərvan əyalətlərində aparılıb.
Xəbər verilir ki, hüquq mühafizə orqanlarının əməkdaşları Pərvan əyalətinin Salanq rayonunda avtobusla ölkənin şimal əyalətlərinə getmək istəyən 150 nəfəri saxlayıb.
Daha 40 nəfər isə Kapisa əyalətinin Gülbahar rayonununda saxlanılıb. Onlar da ölkənin şimalına doğru hərəkət edirmiş.