Fotoifşa: Heç demə, damad nazir qadın əli sıxırmış

Gördüyünüz birinci şəkil Türkiyənin hakim partiyasıə AKP-nin fövqəladə qurultayından çəkilib. Görüntüdəki qadın sabiq baş nazir Ahmet Davudoğlunun həyat yoldaşı Sare Davudoğludur. Onun əl uzadıb salamlaşmaq istədiyi şəxs isə prezident Ərdoğanın nazir damadı (kürəkən) Berat Albayrakdır. Göründüyü kimi, damad bəy ölkənin birinci xanımının əlini havada qoyub, öz əlini sinəsinə sıxıb.
Sonradan onun yaxın adamları bu nəzakətsizliyə belə bir don geydirməyə çalışdılar ki, guya gənc nazir sırf dini inancı üzündən Sare Davudoğlu ilə əl tutuşmayıb, guya ki, bu, müsəlmanlığa ziddir, naməhrəm qadınla fiziki təmas ola bilməz.

İkinci şəkildə isə görünür ki, həmin bu Berat Albayrak bir il öncə məhz həmin qadınla əl tutuşaraq salamlaşır, ona iltifat edir.

Üçüncü şəkildə Berat Albayrakın üzvü olduğu hakim partiyanın rəsmi şəxslərindən biri olan başqa bir qadınla əl tutuşduğu görünür.

Dördüncü şəkildə isə prezidentin "mömin" kürəkəni bir yüksək vəzifəli əcnəbi qadınla əl tutuşmuş halda görüntülənib.
Bu o deməkdir ki, "dini inanca görə naməhrəm qadınla əl tutuşmaq caiz deyil" sözü bəhanədir.
Adam sadəcə vəzifədən götürülmüş, bir azdan bütün statusunu itirəcək bir kiçi və bir qadına qarşı öz əsl münasibətini göstərir.