​Fələstinli qiyafəli yəhudilər təxribatlara başladı - “Mistaaravim” - VİDEO

 
 
ABŞ prezidenti D.Trampın Qüdslə bağlı məlum qərarından sonra Fələstində  güclənən etiraz aksiyalarını yatırmaq üçün İsrail güc strukturları təxribatçı qruplar yaratmağa başlayıb.
 
Moderator.az xarici İslam saytlarına istinadla verdiyi xəbər görə, “mistaaravim” adlanan bu qruplar ərəb, fələstinli qiyafəsinə bürünərək nümayişçilərin arasına sızaraq müxtəlif təxribatlara əl atırlar.
 
Yalnız daşla silahlanmış fələstinli gənclərdən fərqli olaraq odlu silaha malik olan təxribatçılar, bəzi məlumatlara görə, hətta aranı qızışdırmaq üçün bəzən etirazçılar tərəfdən İsrail polisinə qarşı havaya atəş də açırlar. Sonra isə  həmin “psevdo-ərəb”lər gözlənilmədən fələstinlilərə hücum edib onların ən fəallarını yaxalayıb həbs etmək üçün polislərə yardım edirlər.   
 
Sultan Laçın

Загрузка...
Загрузка...