Flora Kərimovadan Faiq Ağayevə ŞOK sözlər

Bir neçə gün bundan əvvəl xalq artisti Flora Kərimovanın müsahibəsində həmkarı, SSRİ xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova haqda söylədiyi fikirlər birmənalı qarşılanmayıb və sənət adamları Flora Kərimovanı tənqid atəşinə tutublar.
 
Flora Kərimovanın fikirlərinə xalq artisti Faiq Ağayev də münasibət bildirmişdi. O açıqlamasında "Allah həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz" - deyə bildirmişdi.
 
Xalq artisti Faiq Ağayevin bu açıqlamasına Flora Kərimova da sərt reaksiya bildirib. O Bizimyol.info-ya açıqlamasında Faiq Ağayev haqda bunları deyib:
 
“Faiq Ağayevin bu millətin yanında dili qısa, başı aşağıdı. Faiq getsin, rüsvayçılığının dərdini çəksin. O rüsvayçılığın ki, nə onun yaşadığı illər, nə onun olmayan sənəti o adı onun üzərindən götürə bilməz. Faiq Allahın yazığıdır”.
 
F.Kərimova deyib ki, "Allah qadın funksiyasını daşıyan kişini necə bağışlaya bilər. Onun keçmiş həyat yoldaşı Faiqin kim olduğu haqda açıqlama edib. Faiq Ağayev özündən sonra bu sənətdə bir məktəb qoyub, o da g...y məktəbi. O məni məhkəməyə vermişdi və məhkəmənin qərarında o özü qol çəkib ki, kimdir. Bunu özü təsdiq edib. Şəki şəhərində o, konsertə gedəndə camaat: “Bacımız gəlib”, deyirdi. Bundan utansın".