Firudin Cəlilovdan millət vəkillərinin təklifinə dəstək...

“Nuru Paşanın heykəlinin qoyulmasını zəruri hesab edirəm”
 
 
Xəbər verdiyimiz kimi, bir qrup millət vəkili baş nazirə müraciət edərək ondan Nuru Paşaya Bakıda abidə qoyulması üçün yer ayırmasını xahiş edib.
 
Moderator.az -a açıqlamasında məlum təklifə münasibət bildirən tanınmış türkoloq, professor Firudin Cəlilov bu təklifi dəstəklədiyini vurğuladı:
 
“Hər bir insan öz tarixini bilməlidir. Xalq öz tarixini bilməyəndə başına böyük fəlakətlər gəlir. Nuru Paşa və onun fəaliyyəti ilə bağlı xalqa geniş izahat vermək, maarifləndirmə işi aparmaq lazımdır.
Bakı o zaman daşnakların əlində idi. Ruslar Bakının sakinlərini didərgin salmışdı. Insanlar kəndlərə qaçırdılar. O dövrün ədəbiyyatı, tarixi öyrənilərsə, Nuru paşanın fəaliyyəti insanlar üçün aydın olar. İnsanlara aydın olar ki, o vaxt Qafqaz İslam Ordusu Bakını azad etməsəydi, biz bəlkə də bu gün Bakıda yaşamırdıq. Bunu biləndə insanlar Nuru Paşanın və onun fəaliyyətinin əhəmiyyətini dərk edər.
Azərbaycan Xalq Cümhuriyyyətinin qurulmasında da bu faktorun böyük rolu olub. Bunları biləndən sonra insanların özü Nuru Paşaya görkəmli bir yerdə abidə qoyulmasını tələb edər. Bu baxımdan mən bu heykəlin qoyulmasını vacib sayıram”.

Загрузка...
Загрузка...