FİNAL! — Portuqaliya Fransaya qarşı

Bu gün Fransada keçirilən “Avro-2016”nın qalibi məlum olacaq.
Ölkə.Az xəbər verir ki, bununla da turnirə son qoyulacaq.
Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi üz-üzə gələcək. Görüşün fovaritinin Fransa olduğu qeyd olunur.
10 iyul
Avropa çempionatı, final
23:00. Portuqaliya - Fransa - 0:0 (Birinci hissə)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Sent-Denis. "Stad de France"