​Filosofdan məktəbli qızlar haqqında ağlasığmaz fikirlər - Video

Baxış sayı: 
167

 
Türkiyədə Konya şəhərinin təhsil idarəsi bədən tərbiyəsi dərsində idman forması geyən qızların zinaya yol verdiklərinə dair Tvitter mikrobloqunda paylaşım edən müəllimlə bağlı araşdırmaya başlayıb.
 
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, 44 yaşlı fəlsəfə müəllimi Ərcan Harmançının tvitləri sosial şəbəkədə sərt reaksiyalara səbəb olub.
 
Təhsil idarəsinin yaydığı açıqlamada bildirilir ki, məsələ ilə bağlı idarəyə müraciət olunduqdan sonra Konya valiliyinin icazəsi ilə sözügedən müəllim barəsində istintaq tədbirləri başlayıb: “İstintaqın nəticəsinə uyğun olaraq müəllim barəsində lazımi tədbirlər görüləcək.
 
Ərcan Harmançı bədən tərbiyəsi dərsləri barədə bir sıra qalmaqallı tvitlər yazıb: “Ya mənim ifrat şəhvani hislərim var, ya da şeytan onlara baş qoşmur. Bir gənc qızın bədənindəki cizgiləri gördükdən sonra şeytan sizi sürükləmirsə, ya kişiliyinizi itirmisiniz, ya da imanınızı. Əgər bir məktəbdə soyunma otağı varsa, bu bizim üçün siqnaldır. Əgər idman müəlliminin qarşısında qadın vücudu qıvrılırsa, bunun adı zinadır. Bədən tərbiyəsi yox, bədəni şeytana hazırlama dərsləridir. Məktəblərdə zina edilmirmi? Bəli, göz, qulaq, dil və əl zinası yoxdur deyənlərin ya Məhəmməd əleyhissəlamın dinindən xəbəri yoxdur, ya da bundan zövq alan zövqpərəstlərdir. Məktəbi evi, kişi müəllimi dayısı, qardaşı kimi görən şagirdlər və onları yad qadın kimi görməyən kişi müəllimlər məktəblərdə zina edir desəm, bu, mənim fikrim yox, Məhəmməd əleyhissəlamın əmridir. Etiraz edən varmı?"
 
Fəlsəfə fənnini tədris edən Ərcan Harmançı Mustafa Kamal Atatürk barədə də qeyri-etik ifadələr işlədib.
 
O, paylaşımlarından savab gözlədiyini və qarşılığını cənnətdə alacağını qeyd edib.

Загрузка...
Загрузка...