​“Filmdə yeddi oğuldan biri atdan necə yıxıldısa, onu xəstəxana da qəbul etmədi”- ANONS

Baxış sayı: 
287
0  
0  

 
 
 
 
1970-ci ildə rejissor Tofiq Tağızadə tərəfindən çəkilən “Yeddi oğul istərəm” filmi bu gün də sevilə-sevilə izlənilir.  Bir maraqlı faktı da deyək ki, “Yeddi oğul istərəm”  istehsalata verildiyi ildə SSRİ büdcəsinə ən çox pul gətirən 10 film sırasında olub. Hətta Amerikada da nümayiş etdirilib.
Moderator.az  böyük kino fəaliyyətinə bu filmdəki Qəqəni obrazı ilə gələn Əməkdar artist Fərhad İsrafilovdan müsahibə alıb. 50-yə qədər ekran işində (film, televiziya tamaşası) çəkilən Fərhad müəllim “Yeddi oğul istərəm” haqqında da maraqlı xatirələrini bölüşüb:
 
“O vaxt cəmi 14 yaşım var idi. Hər şey mənim üçün yeniydi. Onda bildim ki, aktyor filmdən əvvəl qrim də olunmalıdı. Aktyorlar, texniki heyət- hamı bir-biri ilə doğmalaşmışdı. Həsən Məmmədov və başqa aktyorla ünsiyyətdə olmaq 14 yaşlı uşaq üçün təsəvvvür edin ki, nə deməkdi…
Rəhmətlik Şahmar Ələkbərovla hər zaman bir yerdə olardıq. Yeməyi  bir yeyib, suyu da bir içərdik. Rejissor Tofiq Tağızadənin özü də səmimi bir mühit yaratmışdı. Yeri gələndə, istirahət vaxtı aktyorlara qoşulub futbol da oynayardı.
 
 
Filmin çəkilişində  çox maraqlı əhvalatlar baş  verib. Yeddi oğuldan biri kənd uşağıydı, çox yaxşı at çapmağı vardı. At üzərində olan səhnələrin biri çəkilən vaxt dedi ki, mən yəhərsiz at sürəcəyəm. Ata yəhərsiz mindi. İki dövrədən sonra at bunu necə vurdusa, aktyor çox pis əzildi. Hamımız pis olduq. Onu əvəvlcə  yaxındakı bir xəstəxanaya apardıq. Xəstəxana dedi, götürə bilmərik, vəziyyəti çox ağırdı. Başqa məşhur bir xəstəxanaya apardıq, orada onu özünə gətirdilər.
Çəkilişdə belə maraqlı anlar çox olub. Bir aktyorun da üzünü at dişləmişdi”.

Загрузка...
Загрузка...