Filippində prezident seçkiləri ərəfəsində sükut günü başlayıb

Filippində mayın 9-da keçiriləcək prezident seçkiləri ərəfəsində namizədlər öz seçkiqabağı kampaniyalarını başa çatdırıblar.
 AzərTAC-ın verdiyi məlumata görə, kampaniyaya dövlət başçısı vəzifəsinə namizədlərin mayın 7-də Manilada keçirilən son mitinqi ilə yekun vurulub.
 Prezident kürsüsü uğrunda dörd namizəd mübarizə aparır. Son rəy sorğularının nəticələrinə görə, Davao şəhərinin meri Rodriqo Duterte namizədlər arasında üstünlüyə malikdir.
Onun seçkiöncəsi vədlərində təhlükəsizliyin təmin olunması və korrupsiyaya qarşı mübarizə kimi həlli vacib məsələlər xüsusi yer tutur.