​Filippində 2400 nəfər öldürüldü

 
Rodriqo Duterte Filippinin yeni prezidenti seçildikdən sonra ölkədə cinayətkarlıqla mübarizə ilə əlaqədar olaraq 2,4 min nəfər öldürülüb.
 
Axar.az xəbər verir ki, polis narkotik maddələrin satışında və digər cinayətlərdə şübhəli bilinən 1011 nəfəri qətlə yetirib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə aid olmasa da, öldürülən daha 1391 nəfərin qətli araşdırılır.
 
Ölkə prezidenti Davaoda avqustun 2-də baş vermiş partlayışdan sonra Filippində "qanunsuzluq vəziyyəti" elan edib. Bu, hərbçilərə polislə birlikdə hərəkət etməyə imkan verəcək.
 
Qeyd edək ki, Rodriqo Duterte mayda keçirilən seçkilərdə prezidenti seçilib.