​Filippin prezidenti Obamaya "fahişə oğlu" dedi — Şok

 
 
Filippin prezidenti Rodriqo Duterte ABŞ prezidenti Barak Obama haqqında nalayiq ifadələr işlədərək onu fahişə oğlu adlanadırıb və insan haqları haqqında bəyanatlar verməməyə çağırıb.
 
"Sən hörmət qoymağı bacarmalısan. Bəyanatlar vermək, məsələ qaldırmaq lazım deil. Fahişənin oğlu, mən sammitdə də səni lənətləyəcəm"
 
Ölkə.Az xəbər verir ki, Filippin prezidenti bu gün Laosda keçiriləcək Şərqi Asiya sammitinə həsr olunmuş mətbuat konfransından öncə belə çıxış edib.
 
Avqustun 30-da CNN telekanalı Obama və Dutertenin Laos sammitində bir araya gələcəyi barədə məlumat vermişdi. Bildirilmişdi ki, Obama Filippin prezidentini ölkədə insan haqlarını qorumağa çağıracaq. Bu onların ilk görüşü olmaldır.
 
Xatılrladaq ki, avqustun əvvəlində Filippin prezidenti Amerikanın Filippindəki səfirini əclaf və homoseksualist adlandırmışdı.
 
71 yaşlı Duterte bu ilin may ayından Filippinə rəhbərlik edir. Onun narkotika ticarəti ilə məşğul olanlara qarşı başlatdığı qanlı mübarizə nəticəsində 2 mindən çox ölkə vətəndaşı öldürülüb. Bunlardan 700 nəfəri polis gülləsinin qurbanı olub.