Fidel Kastroya 90 illiyi münasibətilə 90 metrlik siqar hədiyyə etdilər - FOTO

Bu gün Kuba özünün əfsanəvi komandantesi Fidel Kastro Rusun 90 illik yubileyini qeyd edir.
 
Musavat.com virtualaz.org-a istinadən bildirir ki, yubileylə əlaqədar bütün ölkə ərazisində müxtəlif tədbirlər və konsertlər keçirilir.
 
120 saatlıq fasiləsiz iş və 80 kiloqram ən yüksək keyfiyyətli Kuba tütünü hesabına başa gəlmiş dünyanın ən böyük 90 metrlik siqarı məhz bu gün Fidel Kastroya təqdim ediləcək. Mənbə bildirir ki, Fidel artıq 30 ildir ki, tütün çəkməsə də, bu hədiyyəni bir hörmət və diqqət əlaməti kimi qəbul edəcək.
 
Siqarı dünyanın ən tanınmış toreadorlarından biri olan Xose Kastelar öz əlləri ilə düzəldib. Kasteların sözlərinə görə, dünyada ən keyfiyyətli tütün Kubada yetişdirilir və buna görə də, rekord məhz bu ölkəyə məxsus olmalıdır.