Fidel Kastro vəfat etdi

 
Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında vəfat edib.
 
Teleqraf.com xəbər verir ki, bu barədə "Frans Press" agentliyi Kuba dövlət başçısı Raul Kastroya istinadən məlumat yayıb. Kastronun ölümünü Kubanın dövlət televiziyası da elan edib.
 
Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. O, 1959-1976-ci illərdə Kubanın baş naziri, 1976-2008-ci illərdə isə dövlət başçısı olub. 1961-2011-ci illərdə Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışıb. 1979-1983 və 2006-2008-ci ilədə isə Qoşulmama Hərəkatının baş katibi olub.

Загрузка...
Загрузка...