FİDE-nin Bakı ilə savaş təklifini Sərkisyan qəbul etdi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Kirsan İlyumjinov Azərbaycan və Ermənistana internet vasitəsilə şahmat matçı keçirməyi təklif edib.
 Axar.az xəbər verir, İlyumjinov bu etirafı “Sputnik Ermənistan” radiosuna müsahibəsində edib. O artıq şahmat matçı ilə bağlı fikirlərini Ermənistan Prezidenti Serj Sərkisyana dediyini və onun bu təklifi qəbul edildiyini bildirib:
 “Azərbaycan rəhbərliyi ilə mayın 24-də Bakıda görüşüb, onlara bu təşəbbüsü təklif edəcəyəm. Burada istənilən şəxs internet vasitəsilə hansısa gediş edə bilər. Bütün problemlər sülhlə, şahmat taxtası arxasında həll edilməlidir. Hər kəs şahmat taxtası üzərində müharibə aparmalıdır”.