“Fi Çi”nin qəhrəmanı sevişmə səhnələrindən DANIŞDI: "Uşaqlarım inciyir" - FOTO

“Fi Çi” serialında çəkilən Mehmet Günsür açıq səhnələr haqqında fikirlərini bildirib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor dünən jurnal üçün Nişantaşında fotolar çəkdirib. Çəkilişin ardından mətbuat mənsublarının suallarını cavablandıran kino ulduzu ailəsi İtaliyada yaşadığından Roma ilə İstanbul arasında qaldığını deyib:
"Evə getməsəm, uşaqlarım inciyir. Həftədə iki dəfə Romaya gedib-gəlirəm".
Sonra isə Günsür baş rolda çəkildiyi "Martıların Efendisi" filmi haqqında danışıb:
“Biz filmi çox sevdik. Bu, kommersiya layihəsi deyil. Əlbəttə ki, filmin daha çox izlənməsini istəyirik, amma başqalarından çox fərqlidir. Kommersiya tərəfini düşünmədən bədii yönü olan film çəkdik. "Martıların Efendisi" romantik komediyalardan deyil, tamamilə başqa hekayələrdən bəhs edir. Əslində Don Kixot hekayəsi və qəhrəmanın qarşısında açılan dünyasıdır".
Aktyor rol aldığı "Fi Çi"nin sevişmə səhnələriylə bağlı suallara da cavab verib:
“Fi-nin heyəti gözəl, hekayəsi qüvvətli olduğu üçün izlənir. İnanmıram ki, serial internet kanalından milli kanala keçəndən sonra sehri qaçsın. Çünki televiziyada yayımlanarsa, senzuraya məruz qalacaq səhnələri çox deyil".
Fotosessiya üçün pijama ilə qəhvəyi kürk geyinən aktyorun obrazı xüsusi diqqət çəkib.

Загрузка...
Загрузка...