FHN: Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub

Sumqayıtda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə olunub.Turaninfo.az  "Report"a istinadən  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında elektrik sayğacları və 0,5 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğını yanğınsöndürənlər söndürüb.