FHN Şəkidəki ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyimartın 19-da Şəkidə baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhəri, Aşağı Küngüt kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Загрузка...
Загрузка...