FHN: Dənizdə estakadanın uçması nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb

 
Xəzər dənizində baş verən qəza nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb.
 
Missiya.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin “Vixr-5” və “Vixr-8” gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.
 
Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
 
SOCAR-dan verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
 
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
 
1. Zülfüqarov Güloglan - maşinist
 
2. Zülfüqarov Azay - operator
 
3. Qurbanov Vidadi - operator
 
4. Həsənov Elçin - mexanik
 
5. Hacıəliyev Həsənağa - operator
 
6. Qafarov İlham - operator
 
7. Əsədov Samir - operator
 
8. Bəhrəmov Cavid - operator
 
9. Abbasov Ramiz - maşinist
 
10. Rüstəmov Qorxmaz - operator
 
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.
 
Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
 
                                                                                              

Загрузка...
Загрузка...