FHN Bakıda orta məktəbdəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Bakıda orta məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
"Report" xəbər verir ki, nazirliyin məlumatına əsasən, Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb.
Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib. Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib. Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub.
Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.