Feysbukun yaradıcısının hər birinizi heyrətləndirəcək 9 İŞ PRİNSİPİ - FOTO

Baxış sayı: 
170

Mark Zukerberq öz əməkdaşlarının təkcə mənəvi və fiziki vəziyyəti ilə maraqlanmır, eyni zamanda yaxşı şərait yaradır ki, onlar özünü xoşbəxt hiss etsin və səhərlər işə məmnuniyyətlə gəlsinlər. Bəlkə də bunun nəticəsidir ki, minlərlə amerikalı Feysbukun baş ofisində işləmək arzusundadır.
Publika.az bu yazıda oxucuları Mark Zukerberqin iş prinsipləri ilə tanış edir:
1. Doğuşdan sonra il ərzində dörd aylıq ödənilmiş məzuniyyət
 
Özü də bu qayda həm qadınlar, həm də kişilər üçün keçərlidir. Zukerberq şəxsi təcrübəsindən yaxşı bilir ki, doğumdan sonra ilk vaxtlar körpənin yanında olmaq nə qədər vacibdir. Odur ki, gənc valideynlərə də kömək etməyə çalışır.
2. İşə velosipedlə
 
Feysbuk yaradıcısı işçilərinin təkcə səhhətini nəzərə almır, həm də ekologiyanın çirklənməsinə görə narahatdır. Üstəlik, Kaliforniya ofisi ərazisində ikitəkərli nəqliyyat vasitəsinə görə usta xidməti var. Avtomobil istifadədəçiləri üçün müasir dayanacaq yaradılıb. İşçiyə boş yer axtarmaq lazım deyil, bu işi onun əvəzinə dayanacaqda çalışan şəxs yerinə yetirir. Elektrikli avtomobil sahibləri üçün ərazidə pulsuz elektrik enerji stansiyası var.
3. Həyat idmansız heç nədir!
 
Feysbukun ofisində trenajor zalları və çoxlu idman bölmələri fəaliyyət göstərir. Şirkətin bütün əməkdaşları bunlardan tamamilə pulsuz və istədiyi qədər istifadə edə bilər.
4. 21 günlik istirahət
 
Ştat işçiləri üçün 21 gün ödənişli məzuniyyətdir. Bununla yanaşı, bütün əməkdaşlar bu hüquqdan istifadə etməlidir, Zukerberqin fikrincə, mühiti dəyişmək və istirahət hər kəsə lazımdır.
5. Çox işləmək ziyandır
 
Bütün iş vaxtı işləmək ziyandır. Zukerberqin Kaliforniya idarəsindəki istirahət otağı, stolüstü oyunlar, oyun avtomatları və digər oyun cihazları var. Bəs kostyum axşamları və tematik günlər haqqında nə deməli? Bu cür tədbirlər həm əylənmək, həm də uşaqlarla birlikdə dincəlmək üçün əla vasitədir.
6. Valideynlərə dəstək
 
Gələcək valideynləri dəstəkləmək yaxşı rəhbərin vəzifəsidir. Odur ki, yenicə övlad sahibi olan valideynlərə Zukerberqin birdəfəlik dörd min dollar ödəməsi təəccüblü deyil. Uşaq övladlığa götürən və ya süni mayalanma etdirən işçilərə isə maddi baxımdan daha çox köməklik göstərir.
7. İş bacaran əməkdaş - tox əməkdaşdır
 
Odur ki, ofisin ərazisində çoxlu sayda kafe və yeməkxanalar var, onların hamısı tamamilə pulsuz fəaliyyət göstərir.
8. Xarici görünüş çox vacibdir
 
 
Feysbukun baş ofisində bərbərxana var. Bundan əlavə, bütün işçilər camaşırxana və kimyəvi təmizləmədən istifadə edə bilər.
9. Sağlam olun!
Картинки по запросу facebook office
Zukerberq hər bir işçisinin tibbi sığortasına görə narahatdır. Tibbi sığortaya ABŞ-da xeyli bahalı olan stomatoloq xidməti də daxildir.
Aytən

Загрузка...
Загрузка...